“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ÇL-in Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək.
Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu, “Qarabağ”ın ÇL-də son ev oyunudur. Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 7-ci tur
21 yanvar “Qarabağ” – “Ayntraxt”
Hakimlər: Sandro Şerer (İsveçrə). Tofiq Bəhramov adına Respublika stadionu.
Saat 21:45.
Son xəbərlər
Son Xəbərlər