Türkiyənin “Meqastar”ı Tarkanın ötən gün baş tutan İstanbul konsertində maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni yaxın dostu, aktyor Cem Yılmazı da səhnəyə dəvət edib.
Onlar birlikdə “Kuzu kuzu” mahnısını oxuyub. Bu zaman aktyor 53 yaşlı Tarkanın rəqsini təqlid edib. Onların bu çıxışı tamaşaçıları coşdurub.
Cem Yılmaz mahnı bitdikdən sonra isə bu sözləri deyib: “Ölməzdən əvvəl ediləcək 10 şey varsa, bu gecə onlardan ikisini etdiniz”.
Sözügedən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər