“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.
Bu barədə QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb.
F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
QSC sədrinin digər Əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.
Son xəbərlər
Son Xəbərlər