İspaniyadakı qəzada ölənlərin sayı - 42-yə çatdı

ispaniyadaki-qezada-olenlerin-sayi
Oxunma sayı: 243

İspaniyanın Kordova əyalətində iki yüksəksürətli qatarın toqquşması nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb.

“Qafqazinfo” “El Mundo”ya istinadla xəbər verir ki, axtarış-xilasetmə tədbirləri zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Məlumata görə, yanvarın 18-də Adamus şəhəri yaxınlığında baş verən dəhşətli qəzada yaralıların sayı 290-nı keçib ki, onlardan 15-nin vəziyyəti kritik olaraq qalır. İlkin araşdırmalara görə, Malaqadan Madridə gedən “Iryo” şirkətinə məxsus qatarın son vaqonları relsdən çıxaraq əks istiqamətdə hərəkət edən “Renfe” qatarına çırpılıb.

Xatırladaq ki, İspaniya hökuməti hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.