Abenin qatilinə ömürlük həbs cəzası verildi

abenin-qatiline-omurluk-hebs-cezasi-verildi
Oxunma sayı: 1202

Yaponiyada məhkəmə ölkənin eks-Baş naziri Şinzo Abeni qətlə yetirməkdə təqsirləndirilən Teçuya Yamaqamini ömürlük həbs cəzasına məhkum edib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, məhkəmə 45 yaşlı Yamaqamini 2022-ci ilin iyulunda Nara şəhərində özünün əldə hazırladığı silahla Abeyə atəş açmaqda təqsirli bilib. 

Yamaqami barəsində ömürlük həbs cəzasını ölkə prokurorluğu tələb etmişdi. Onun vəkilləri isə müttəhim barəsində 20 ildən çox olmayan həbs cəzası istəyirdilər. Vəkillərin iddiasına görə, Yamaqami “dinlə bağlı zorakılığın” qurbanı olub və reabilitasiya üçün şansa haqqı var.

Xatırladaq ki, keçmiş hərbçi Teçuya Yamaqami 2022-ci il iyulun 8-i Nara şəhərində çıxış edən Şinzo Abeni belindən güllələyərək qətlə yetirib. 2023-cü il yanvarın 10-u isə Yamaqaminin 2022-ci ilin iyulundan davam edən psixiatrik müayinəsi başa çatıb. Müayinənin nəticələrinə əsasən Yamaqami qətli törədərkən anlaqlı vəziyyətdə olub. Bu səbəbdən də, o, qapalı tibb müəssiəsindən Nara şəhərində yerləşən həbsxanaya köçürülüb. O, iş üzrə özünü təqsirli bilərək Abenin ailəsindən üzr istəyib.