Belarus Prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətinin rəhbərliyini kənd təsərrüfatı sahəsindəki uğursuzluqlara, xüsusilə mal-qara tələfatına görə sərt tənqid edib.
“Qafqazinfo” “Pul Pervogo” teleqram kanalına istinadla xəbər verir ki, dövlət başçısı yerli məmurların idarəçilik metodlarını kəskin şəkildə pisləyib.
Lukaşenko bildirib ki, məmurların işə məsuliyyətsiz yanaşması ölkəni daxili xaos və dolayısı ilə müharibə şəraitinə sürükləyir:
“Bu sizin yanaşmanızdır. Siz dəli olmusunuz. Ölkəni müharibəyə aparmağa çalışırsınız. Amma unutmayın ki, biz ön cəbhədə yol göstərməli olacağıq”.
Qeyd edək ki, Prezidentin qəzəbinə səbəb bölgədəki təsərrüfatlarda heyvanların soyuqdan və baxımsızlıqdan tələf olmasıdır.
Son xəbərlər
Son Xəbərlər