Malidəki Böyük Səhrada tapılan 4,1 milyard illik Mars meteoriti “qırmızı planet”in ilkin mərhələlərində su ilə qarşılıqlı təsirdə olduğuna dair əhəmiyyətli dəlillər təqdim edib. Meteorit planetin milyard illik keçmişinə işıq salıb.
“Qafqazinfo” xəbər verir ki, 2022-ci ildə kəşf edilən və ümumi çəkisi 798,5 qram olan səkkiz hissədən ibarət “Teghaza 001” adlı meteoritin ən azı 4,1 milyard illik olduğu müəyyən edilib.
NASA tədqiqatçılarının da daxil olduğu elmi qrup meteoritin quruluşundakı mineral və kimyəvi izlərin Marsın qabığında erkən mərhələlərdə suyun olduğunu və qayaların su ilə qarşılıqlı təsirdə olduğunu bildirib.
Meteoritin Marsa dəyən səma cisminin zərbəsi ilə kosmosa atıldığı düşünülür.
Tədqiqatçılar meteoritin mineral və kimyəvi xüsusiyyətlərini Marsdan gələn məlumatlarla müqayisə edərək, qayanın planetin cənub dağlıq ərazilərindəki 13 fərqli yerdən qaynaqlandığını müəyyən ediblər.
Alimlər hesab edirlər ki, bu kəşf Marsın niyə daha quru hala gəldiyini və Yer kürəsinin su saxlamağa davam etdiyini anlamağa da kömək edə bilər.
Son xəbərlər
Son Xəbərlər