Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

guclu-kulekde-bayragi-xilas-etmeye-calisan-o-imis
Oxunma sayı: 1548

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb.

“Qafqazinfo” “Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir.

Muxtar deyib ki, həmin gün pəncərədən  küləyin bayrağı uçurduğunu görüb, ürəyi sızıldayıb.

Görüntülərini də heç tanımadığı biri çəkərək paylaşıb.

Daha ətraflı videomaterialda: