Kuşnerlə Uitkoff BƏƏ görüşlərində iştirak edəcəklər

kusnerle-uitkoff-bee-goruslerinde-istirak-edecekler
Oxunma sayı: 175

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner bu gün Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə kritik danışıqlarda iştirak edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Uitkoff və Kuşner Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək üçtərəfli danışıqların növbəti raundu üçün artıq yola düşüblər. Livitt bu formatda keçirilən əvvəlki görüşləri mahiyyətinə görə “tarixi” adlandırıb.

Xatırladaq ki, yanvarın 23 və 24-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında texniki səviyyədə ilk təmaslar baş tutub. Danışıqların ikinci raundunun əvvəlcə fevralın 1-də keçirilməsi planlaşdırılsa da, müəyyən səbəblərdən görüş baş tutmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra açıqlamasında müzakirələrin növbəti mərhələsinin fevralın 4-5 tarixlərində keçiriləcəyini bəyan etmişdi.