İmişlidə ağır qəza - 2 ölü, 5 yaralı

imislide-agir-qeza
Oxunma sayı: 1702

Ötən gecə İmişlidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 23 radələrində İmişli şəhəri ərazisində “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə, 2 nəfər vəfat edib, daha 5 nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.