Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə - Münasibət

elsen-xezerden-qizi-ile-bagli-yayilan-xeberlere
Oxunma sayı: 13723

Məşhur meyxanaçı Elşən Xəzər qızının “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə “Qafqazinfo”ya danışan meyxanaçı qeyd edib ki, onların bu cinayətə heç bir aidiyyəti yoxdur.

“Mənim və övladımın adından yayılan xəbər yalandır. Həmin işə bizim heç bir aidiyyətimiz yoxdu. Biz o insanların heç birini tanımırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Elşən Xəzərin qızı “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə keçirilən məhkəmədə ifadə verib. O bildirib ki, istintaq müddətində bu işlə bağlı onu hər hansı polis bölməsinə çağırmayıblar.