Əfsanə də azadlığa buraxıldı - Foto

efsane-de-azadliga-buraxildi
Oxunma sayı: 11519

Amnistiya aktı qayınanasının qətlini hamıdan gizlətdiyinə görə həbs olunmuş şəxsə də şamil edilib.

“Qafqazinfo” xəbər verir ki, Ağcabədi rayon sakini Əfsanə Məmmədova cəzasının qalan hissəsindən azad olunub.

Ə. Məmmədova bu gün azadlığa buraxılan 22 qadından biridir.

Qeyd edək ki, 2022-ci ildə ARB-də yayımlanan “Səni axtarıram” verilişində Ağcabədi rayon sakini Əfsanə Məmmədova qayınanasının qətlə yetirildiyini etiraf edib. Onun hadisədə iştirakçı olması müəyyənləşdikdən sonra barəsində cinayət işi açılaraq həbs edilib.