İnstaqram istifadəçilərinin - Nəzərinə

instaqram-istifadecilerinin
Oxunma sayı: 1607

Dünya üzrə 17,5 milyon instaqram istifadəçisinin şəxsi məlumatları qaranlıq veb (dark web) forumlarında yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sızma  istifadəçiləri hədəfli fişinq hücumlarına qarşı həssas edir.

Məlumatlar “Solonik” ləqəbli şəxs tərəfindən “INSTAGRAM.COM — 17M qlobal istifadəçi | 2024 API sızması” başlığı ilə paylaşılıb. JSON və TXT formatında yayılan verilənlər bazası 2024-cü ilin sonlarında API zəifliyi vasitəsilə əldə edilib.

Sızdırılan məlumatlara istifadəçi adları, e-poçt ünvanları, telefon nömrələri, ID-lər və ölkə məlumatları daxildir. Bu, hücumçuların hədəflərin profillərini yaratmasına imkan verir.

Parollar sızdırılmasa da e-poçt və telefon məlumatları SIM kart dəyişdirmə hücumları və sosial mühəndislik üçün risk yaradır. İstifadəçilərə çoxfaktorlu identifikasiyanı (MFA) aktivləşdirmək və şübhəli bildirişləri açmamaq tövsiyə edilib.

“Meta” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.