61 yaşlı qadın evinin həyətində ölü tapıldı

61-yasli-qadin-evinin-heyetinde-olu-tapildi
Oxunma sayı: 1550

Ucarda qadın evində ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Pəri Həmid qızı Əsgərovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev