8 nəvəsi var, 10-cu uşağını dünyaya gətirdi - Foto

8-nevesi-var-10-cu-usagini-dunyaya-getirdi
Oxunma sayı: 9065

Lənkəranda ailənin 10-cu uşağı doğulub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var.