İsrailin Baş naziri Benyamin Netanyahu İranda hazırda davam edən kütləvi etiraz aksiyalarını dəstəklədiyini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, İsrailin vəziyyəti yaxından izlədiyini və hakimiyyət dəyişikliyi halında İranla münasibətləri yaxşılaşdıracağına söz verdiyini deyib.
Baş nazir qeyd edib ki, İsrail xalqı və bütün dünya İran vətəndaşlarının inanılmaz qəhrəmanlığına heyran qalır.
“Hamımız ümid edirik ki, fars xalqı zülmdən azad olacaq. O gün gələndə biz yenidən sadiq tərəfdaş olacağıq”, - deyə Netanyahu əlavə edib.
Son xəbərlər
Son Xəbərlər