“Onların əzmi sərhədlərdən çox-çox kənara yayılır” - Etirazçılara dəstək oldu

onlarin-ezmi-serhedlerden-cox-cox-kenara-yayilir
Oxunma sayı: 2102

Moldovanın Prezidenti Maya Sandu İranda davam edən etirazlarla bağlı nümayişçilərə dəstəyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, Maya Sandu bu haqda “X” hesabında paylaşım edib:

“Azadlıq, ləyaqət və demokratik seçim uğrunda səsini ucaldan İranın cəsur insanları barədə düşünürəm.

Onların öz gələcəklərini formalaşdırmaq əzmi sərhədlərindən çox-çox kənara yayılır. Moldova onlarla həmrəydir.”