“Mançester Siti” rəqibini darmadağın etdi - 10:1

mancester-siti-reqibini-darmadagin-etdi
Oxunma sayı: 3025

“Mançester Siti” və “Ekseter Siti” komandaları arasında 2025/2026 İngiltərə Kubokunun III tur matçına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən qarşılaşma “Mançester Siti”nin qələbəsi ilə başa çatıb.

Belə ki, Pep Qvardiolanın yetirmələri 10:1 hesabla rəqiblərini darmadağın edib.

Bununla da “Mançester Siti” İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb. “Ekseter Siti” isə yarışda iştirakını başa vurub.