İsrailin xarici işlər naziri Azərbaycana gələcək

israilin-xarici-isler-naziri-azerbaycana-gelecek
Oxunma sayı: 1670

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “AIA Global” saytı məlumat yayıb.

“Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək”, - İsrail mənbəsi bildirib.

Xatırladaq ki, noyabrda Gideon Saar Azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi:

“Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”.