Bu ölkə də Qrenlandiya ilə bağlı hərəkətə keçdi

bu-olke-de-qrenlandiya-ile-bagli-herekete-kecdi
Oxunma sayı: 2406

Böyük Britaniya hökuməti Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və adanın ABŞ tərəfindən mümkün ilhaqının qarşısını almaq məqsədilə bölgəyə qoşun göndərməyi nəzərdən keçirir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Sunday Telegraph” yazıb.

Bildirilir ki, London bu məsələ ilə bağlı bir sıra Avropa ölkələri ilə danışıqlar aparır.

Nəşrin iddiasına əsasən, Britaniya hərbi rəhbərliyi Qrenlandiyada NATO çərçivəsində xüsusi missiyanın yaradılması üzərində işləyir. Bu çərçivədə Fransa və Almaniya da daxil olmaqla, bir neçə Avropa ölkəsinin nümayəndələri ilə hərbi kontingentlərin yerləşdirilməsi imkanları müzakirə olunub.

Qeyd olunur ki, planlar hələ ilkin mərhələdədir. Bununla belə, Böyük Britaniyanın NATO missiyasına yalnız hərbi heyət deyil, eyni zamanda, döyüş gəmiləri və hərbi təyyarələrlə də töhfə verə biləcəyi istisna edilmir.