İrəvan və Tehran arasında hər iki istiqamətdə planlaşdırılan aviareyslər ləğv olunub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Armenia”ya “Zvartnots” aeroportu məlumat verib.
Bildirilib ki, Tehran–İrəvan marşrutu üzrə uçuş yerli vaxtla saat 17:15-də İrəvana enməli idi. Eyni gün İrəvandan Tehrana nəzərdə tutulan reys isə saat 18:15-də havaya qalxmalı idi.
Lakin İranda yaranmış gərgin ictimai-siyasi vəziyyətlə əlaqədar hər iki uçuş ləğv edilib.
Qeyd edək ki, İranda etiraz dalğası 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan rialın kəskin ucuzlaşmasından sonra başlayıb. Əvvəlcə narazılıqlar əsasən qiymət artımı və məzənnə dəyişikliklərinin əhaliyə təsiri ilə bağlı idi. Sonradan aksiyalar bir sıra şəhərlərdə polis qüvvələri ilə toqquşmalara çevrilib.
Daha əvvəl isə THY və “Flydubai” kimi şirkətlər Tehrana uçuşları dayandırdığını açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər