Əbu-Dabi danışıqlarının təxirə salınmasına belə cavab verdi

ebu-dabi-danisiqlarinin-texire-salinmasina-bele-cavab-verdi
Oxunma sayı: 962

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar Kiyevdən asılı olmayan səbəblərə görə təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında danışıb.

“Fevralın 1-də Əbu-Dabidə keçiriləcək görüş Ukraynadan asılı olmayan səbəblərə görə təxirə salınıb”, - Zelenski deyib.

O əlavə edib ki, Kiyev ABŞ tərəfindən təklif olunarsa, münaqişənin deeskalasiyası üçün yeni addımları dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabidə keçirilməli olan üçtərəfli danışıqların növbəti mərhələsi 4-5 fevral tarixlərinə təxirə salınmışdı.