Astarada yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda qeydə alınıb.
Belə ki, Deqədi-Astara marşrut xətti üzrə sərnişin daşıyan “Qazel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində maşında olan 20-yə yaxın sərnişindən əksəriyyəti xəsarət alıb.
Onlar Astara və Lənkəran rayonlarının Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”, - məlumatda qeyd edilib.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır.
***
Astaradakı qəzada 16 nəfər xəsarət alıb xəsarət alıb,
Yaralılardan 4 nəfəri bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları ilə Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Xəsarət alanlar Astaranın Kijəbə qəsəbə sakini 1992-ci il təvəllüdlü Tosif Nəcibulla oğlu Salayev, Astara şəhər sakini 1977-ci il təvəllüdlü Elşən Qəyanəli oğlu Həkimov, Ağ Körpü kənd sakini 1985-ci il təvəllüdlü Hicran Qədəməd oğlu Abdullayev və Pəlikeş kənd sakini Əsmət Hacırza qızı İbayevadır.
Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə isə tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər