ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində bankın Gəncə filialında da yenilənmə aparılıb. Gəncə filialı artıq özünün əvvəlki ünvanında – Gəncə şəhəri, Heydər Əliyev prospekti 696 ünvanında müştərilərin xidmətindədir.
ABB-nin regional filiallarına səfəri çərçivəsində bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun iştirakı ilə Gəncə filialının yenilənmiş binanın açılışı olub.
Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
ABB-nin Gəncə filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür.
Ölkəmizin ən böyük şəhərlərindən sayılan Gəncədə hazırda ABB 4 ofisi ilə müştərilərin xidmətindədir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər