Bu gün “Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi məlum olacaq.
“Qafqazinfo” xəbər verir ki, mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Artıq paytaxt təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA məlumat yayıb.
“Zirə” 1-ci təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) səddini aşarsa, növbəti raundda aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək:
- AEK (Kipr);
- “ÇFR Kluj” (Rumıniya);
- “Spartak” (Slovakiya);
- “Heqelman” (Litva) – “Payde2 (Estoniya) cütünün qalibi.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
***
“Zirə” Konfrans Liqasının ikinci mərhələsindəki rəqibini tanıyıb. Rəşad Sadıqovun komandası ilk mərhələdə “Torpedo”nu (Kutaisi) keçərsə, “Hegelmann” (Litva) – “Paide” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər