Tbilisidə güclü yanğın - Video

tbiliside-guclu-yangin
Oxunma sayı: 1238

Tbilisinin mərkəzindəki Vağzal meydanı rayonunda güclü yanğın baş verib.

“Qafqazinfo” yerli “Pirveli” telekanalına istinadən xəbər verir ki, yanğın mağazaların yerləşdiyi piyada körpüsünün ərazisində başlayıb. 

Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın paytaxtın ən işlək nəqliyyat qovşaqlarından birində nəqliyyatın və piyadaların hərəkətində çətinliklərə səbəb olub.

Zərərçəkənlər və yanğının səbəbləri barədə hələ məlumat verilmir.