“Prime Leasing” Qlobal Səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görüldü - Fotolar

prime-leasing-qlobal-sehnede-cinde-zoomlion-gold-dealer-award-2026-mukafatina-layiq-goruldu
Oxunma sayı: 215

Dünyanın 20-dən çox ölkəsindən 1000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər Zoomlion “Green Leading Win-Win 2027 | Global Business Conference” tədbirində Azərbaycanı “Prime Leasing” şirkəti təmsil edib.

“Qafqazinfo” xəbər verir ki, konfrans aqrar sektorda qlobal texnoloji inqilaba səhnə olub: tədbirdə nəhəng 1600 at gücünə malik traktor rəsmi olaraq təqdim edilib və Zoomlion DV350 hibrid traktoru beynəlxalq müsabiqədə 2 nominasiya üzrə qalib seçilərək böyük maraq doğurub.

Ölkəmizdə bu cür müasir texnologiyaların fermerlər üçün əlçatanlığının təmin olunmasında və aqrar sahənin inkişafında göstərdiyi yüksək nəticələrə görə “Prime Leasing” şirkəti beynəlxalq miqyasda təltif edilərək “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb.

Tədbirin ən mühüm məqamlarından biri isə innovativ texnologiyalara maraq göstərən və bu yeniliklərin Azərbaycanda tətbiqində xüsusi payı olan fəal fermerlərimizin səfərdə iştirakının birbaşa “Prime Leasing” tərəfindən təmin edilməsi olub. Fermerlərimiz dünyanın ən son aqrotexnoloji həlləri ilə yerində tanış olmaq imkanı əldə ediblər.

“Prime Leasing” olaraq qlobal innovasiyaları Azərbaycan fermerlərinə ən sərfəli şərtlərlə çatdırmağa və kənd təsərrüfatımızın inkişafına töhfə verməyə davam edirik.