ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər

abs-de-ozel-teyyare-yere-cirpildi-9-olu
Oxunma sayı: 2312

ABŞ-nin Florida ştatında “Learjet 60” özəl biznes təyyarəsi qəzaya uğrayıb. 

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, Qrineykers şəhəri ərazisində yerə çırpılan təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. 

Texasda yerləşən Ostin-Berqstrom beynəlxalq hava limanından havaya qalxan təyyarənin Baham adalarına uçduğu bildirilir. Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra güclü yanğın baş verib. 

Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi araşdırılır.