Dəniz quldurları İrana məxsus gəmini ələ keçirdilər

deniz-quldurlari-irana-mexsus-gemini-ele-kecirdiler
Oxunma sayı: 1114

Somalidə quldurlar İrana məxsus “Azini” adlı balıqçı gəmisini ələ keçiriblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Hind Okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb. 

Gəmi Somalinin şimal-şərq sahillərində, Bəndər-Beyla və Hafun sahilyanı şəhərləri arasında ələ keçirilib. Məlumata görə, gəmidə 23 nəfər olub. Onlardan 21 nəfəri İran vətəndaşı, 2 nəfəri isə somalili mühafizəçilər olub. Hücumda 12 dəniz qulduru iştirak edib. Ekipajın vəziyyəti barədə hələ məlumat yoxdur.

MSCIO ələ keçirilmiş gəmidən ticarət gəmilərinə hücumlar üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib. Avropa İttifaqının “Atalanta” hərbi-dəniz əməliyyatı hadisənin araşdırılmasına başlayıb və regiondakı gəmiləri sayıq olmağa, şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.