Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində olub.
Məlumata görə, “KIA” və “VAZ-2106” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər