“Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq”

qadinlarin-erken-pensiyaya-cixmasi-meselesi-getdikce-aktuallasacaq
Oxunma sayı: 462

“Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatdırılıb. Bu, MDB məkanında çox yüksəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında Komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı bildirib.

“Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq. Hazırda çoxuşaqlı ailə dedikdə, 5 və daha çox uşaqlı ailə nəzərdə tutulur və müavinət verilir. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli 5-dən 3 uşağa endirilsə, həm analara 5 il tez pensiyaya çıxma hüququ qazandıracaq, həm də xeyli uşaq müavinət alacaq”, - deputat qeyd edib.

Nuranə Daxilqızı