“Yelo Bank” ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı

yelo-bank-ili-100-milyon-manatdan-cox-faiz-geliri-ile-yariladi
Oxunma sayı: 258

“Yelo Bank” 2026-cı ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini elan edib.

Hesabat dövrünün nəticələrinə əsasən, bank kapital mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və əsas əməliyyat gəlirlərində yüksək artım dinamikasını qoruyub saxlayıb.

Belə ki, faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 21% (18 mln manat) artaraq 102 mln manata çatıb. Effektiv rüblük fəaliyyət nəticəsində Yelo Bank ilk 6 ay ərzində 12.6 mln manat xalis mənfəət əldə edib. Bu dövrdə qeyri-faiz gəlirləri isə 5 mln manatı ötüb.

Maliyyə hesabatlarında ən diqqətçəkən məqamlardan biri də kreditləşmə templərinin qorunmasıdır. Bankın ümumi kredit portfeli ilin əvvəli ilə müqayisədə 18 mln manat artaraq 1 mlrd 107 mln manata yüksəlib. Həmişə olduğu kimi, portfeldə real sektorun dəstəklənməsi ön planda olub — biznes kreditləri portfeli 687 mln manata çatıb. Fiziki şəxslərin maliyyələşdirilməsi istiqamətində isə ümumi istehlak kredit portfeli də artaraq 420 mln manat təşkil edib.

Müştərilərin etibarlı tərəfdaşı olan “Yelo Bank”da toplanan depozitlərin (əmanət portfeli) həcmi 1 mlrd 39 mln manata çatıb. Bankın ümumi aktivləri isə yarımilliyin sonuna 1 mlrd 475 mln manat həcmində olub.

Hesabat dövründə bankın kapital dayanıqlığında da nəzərəçarpan yüksəliş qeydə alınıb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə 9 mln manat artaraq 184 mln manata, ümumi kapital isə 190 mln manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 14.06%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.77% olmaqla requlyativ normativləri inamla üstələyir.

Bank xidmətləri (tecili kredit və s.) ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram”, “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” – Parlaq bankçılıq!