“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - Video

xaliq-faiqoglu-77-sayli-xettin-avtobuslarini-yeniledi
Oxunma sayı: 687

Paytaxtın Yeni Yasamal yaşayış massivini şəhərin mərkəzi ilə əlaqələndirən 77 saylı müntəzəm marşrut xəttinin avtobusları yenilənib.

Bu barədə “Qafqazinfo”ya “Xaliq Faiqoğlu” şirkətindən məlumat verilib.

Bildirilib ki, bu gündən 77 saylı müntəzəm marşrut xəttində 20 ədəd iritutumlu “İveco Urbanway” markalı avtobuslar sərnişinlərə xidmət göstərir.

Yeni avtobuslar şəhərdaxili sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət etməklə yanaşı, ekoloji təmiz mühərrik texnologiyası ilə təchiz olunub.

Xətt üzrə gedişhaqqı məbləği 60 qəpik müəyyən edilib.