“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoldaşlıq görüşündən sonra açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, “Turan-Tovuz”un cəzalandırılmasından sonra Konfrans Liqasına getməsindən danışıb.
Rəşad Sadıqov bu məsələdə “Zirə”ni qınayanlara da cavab verib:
“Yox, qəti üzərimizdə təzyiq yaratmır. Bizim də etirazımız var. Daha yaxşı olardı ki, biz bunu erkən bilək. Bu gün “Sumqayıt” komandası da, “Araz- Naxçıvan” da etiraz etməlidir. Halbuki onlar daha erkən bilsəydilər, bəlkə də yarışdan daha tez qopmazdılar. Və yaxud biz də ola bilərdi ki, 3-cü, 4-cü yeri itirdikrən sonra 5-ci yer uğrunda mübarizə aparardıq. Azərbaycan azarkeşi olaraq, futbol azarkeşi olaraq hamımız üzüldük. Xüsusilə də neçə illərdir istəyirdik ki, “Turan-Tovuz” çempionata dönsün, Avrokubokda çıxış etsin, 32 illik həsrət var idi. “Turan Tovuz adına çox sevinmişdim ki, bu il Avrokubokda çıxış edəcək. Üzgünük, amma 7 il əvvəl qəbul olunan qərardır”.
Son xəbərlər
Son Xəbərlər