Paytaxtın Xətai rayonunda yerləşən evin həyətyanı sahəsi çöküb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 17-də qeydə alınıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib.
“Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub”.
Qeyd edilib ki, su və tullantı kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.




Son xəbərlər
Son Xəbərlər