Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü - Fotolar

niyazi-bayramov-novbeti-defe-vetendaslarla-gorusdu
Oxunma sayı: 428

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin V korpusunda şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüş zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.