Əfran İsmayılov vitse-prezident oldu

efran-ismayilov-vitse-prezident-oldu
Oxunma sayı: 2285

Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov Premyer Liqaya yeni vəsiqə qazanan “Şəfa”nın vitse-prezidenti vəzifəsinə təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. 

Qeyd edək ki, Əfran İsmayılov ötən gün “Araz-Naxçıvan”ın məşqçi korpusundan ayrılmışdı.