“Tofaş” və “BMW” toqquşdu - Ölən var

tofas-ve-bmw-toqqusdu
Oxunma sayı: 745

Zaqatala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin girişində “Tofaş” və “BMW” markalı avtomobillər toqquşub.

“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!

Nəticədə “Tofaş”ın 41 yaşlı sürücüsü Orxan Orucov və “BMW”nin 30 yaşlı sürücüsü Əhməd Camalov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyəti ağır olan O.Orucov xəstəxanada vəfat edib. APA-nın məlumatına görə, hadisə nəticəsində həmçinin Kəpənəkçi kənd sakinləri - 41 yaşlı Cavid Emin oğlu İsayev və 38 yaşlı Saniyə Hüseyn qızı İsayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.