“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var - Yenilənib

tarqovuda-meshur-restoranin-tavani-ucdu
Oxunma sayı: 2130

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” restoranının tavanı uçub.

“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.

Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başlarına tikiş qoyulub.

Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib. O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 11-i saat 17:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) yerində tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü (qadın) şəxsə zəruri tibbi yardım göstətilib və ambulator müalicə üçün evə buraxılıb”.