“Digital Bolkart” və yeni tərzi qarşılayın - “Bank of Baku”dan ikiqat yenilik

digital-bolkart-ve-yeni-terzi-qarsilayin
Oxunma sayı: 426

Ölkənin seçilən banklarından olan “Bank of Baku” rəqəmsallaşma yolunda növbəti addımlarını atıb.

“Bank of Baku” “Bolkart”ın rəqəmsal versiyası - “Digital Bolkart”ı da müştərilərin istifadəsinə verib. Eyni zamanda, “Bolkart” artıq yenilənmiş loqo və kart dizaynı ilə müştərilərin sevimlisi olmağa davam edəcək.

Yeni dizaynda “Bank of Baku”nun korporativ rənglərinə əsaslanan daha modern və parlaq tonlara üstünlük verilib. Daha dərin mavi rəng palitrası, minimalist xətt elementləri və yeni loqo “Bolkart” brendinin etibarlılıq, səmərəlilik və rahatlıq dəyərlərini vizual olaraq gücləndirir.

Bankın “Bolkart”la bağlı etdiyi əsas yeniliklərdən biri isə “Bolkart”ın rəqəmsal versiyasının müştərilərə təqdim olunması oldu.

“Digital Bolkart” artıq “Dostbank”da!

Belə ki, indi müştərilər bankın “Dostbank” tətbiqi vasitəsilə “Digital Bolkart” debeti qısa zamanda sifariş edə və kartın bol imkanlarından faydalana bilərlər.

Kart qalığına gündəlik əsasda illik 9%-dək gəlir (yalnız AZN üçün);

Kartdan karta komissiyasız köçürmə - aylıq 2000 AZN-dək komissiyasız;

NFC texnologiyası ilə təchiz edilmiş bankomatlarda rahat nağdlaşdırma;

Bol keşbek – hər ay “Dostbank”da 3 keşbek kateqoriyası seçilməlidir.

Müştərilər “Digital Bolkart”da kart qalığının 100-1000 AZN-dək hissəsinə 9 %, 1000 AZN-dən yuxarı hissəsinə isə 5 % gəlir qazanacaq. Gəlirlər gündəlik olaraq kart balansına yüklənəcək.

Qeyd edək ki, “Digital Bolkart”ı 3 valyutada – AZN, USD, EUR olaraq ödənişsiz sifariş etmək mümkündür. Bir müştəri hər valyutadan 1 ədəd olmaqla ümumilikdə 3 “Digital Bolkart” sahibi ola bilər. Sözügedən kartın istifadə müddəti isə 60 aydır.

“Bank of Baku” müştəriyönümlü xidmət və məhsullarını innovasiya ilə birləşdirərək maliyyə xidmətlərini daha müasir, rahat və əlçatan hala gətirməyə davam edir.

Məlumat üçün bildirək ki, “Bank of Baku” 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

“Bank of Baku”nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi  daxil olaraq tanış olmaq olar.

Daha ətraflı: 145 Məlumat Mərkəzi -  “Bank of Baku”“Facebook”