Britaniya səfiri İran XİN-ə çağırıldı

britaniya-sefiri-iran-xin-e-cagirildi
Oxunma sayı: 901

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter Londonda baş vermiş insidentlə əlaqədar İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, səfirə İran İslam Respublikasının bayrağının təhqir edilməsinə yol verilməsi ilə əlaqədar kəskin etiraz bildirilib.

Xatırladaq ki, yanvarın 10-da naməlum şəxs İranın Londondakı Səfirliyinin eyvanına çıxıb və diplomatik nümayəndəlikdən asılan ölkənin bayrağını çıxararaq, onu inqilabdan əvvəlki bayraqla əvəz edib. Məsələ ilə bağlı iki nəfər saxlanılıb. Onlardan birinə  ağırlaşdırıcı hallarda başqalarının ərazisinə qanunsuz müdaxilə və təcili yardım əməkdaşına hücum ittihamı, digərinə isə ağırlaşdırıcı hallarda başqalarının ərazisinə qanunsuz müdaxilə ittihamı irəli sürülüb.