Fransa klubu Elvin Cəfərquliyevi istəyir

fransa-klubu-elvin-ceferquliyevi-isteyir
Oxunma sayı: 1137

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Fransanın “Sent Etyen” klubunun qış transfer dönəmində diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin “butfootballclub.fr” nəşri məlumat yayıb.

Yazıda 25 yaşlı sol cinah müdafiəçisinin 2025-ci ildə ölkədə ən yaxşı futbolçusu seçildiyi və bu mövsüm sabit çıxışı ilə seçildiyi qeyd olunub.

Cəfərquliyevə 3 illik müqavilə təklif olunduğu deyilir.