Bu ölkədə “deepfake” şəriətə zidd elan olundu

bu-olkede-deepfake-seriete-zidd-elan-olundu
Oxunma sayı: 579

Qazaxıstan Müsəlmanları Dini İdarəsi “deepfake” texnologiyasını şəriətə zidd elan edib. 

“Qafqazinfo” xəbər verir ki, müvafiq fətva müftiliyin rəsmi saytında dərc olunub. 

Fətvaya görə, bu texnologiya video və audio materiallarda insanın görünüşünü, yaxud səsini dəyişdirərək saxta kontent yaratmağa imkan verir. 

Sənəddə qeyd olunur ki, İslam elmi və texnoloji tərəqqiyə qarşı çıxmır, lakin hər hansı yeniliklər cəmiyyətin rifahına, ədalətə və mənəvi dəyərlərə xidmət etməlidir. Bildirilib ki, texnologiyalar yalnız xeyirli məqsədlər üçün istifadə edildiyi halda yolverilən hesab olunur, zərərli məqsədlər üçün istifadə edildikdə isə qadağan edilir.  

Din xadimləri qeyd ediblər ki, süni intellekt vasitəsilə yaradılan “deepfake”lər cəmiyyətdə nifaq yaratmaq və ictimai asayişi pozmaq iqtidarındadır. Onların fikrincə, bu cür materialların yayılması ölkənin birliyini sarsıda və cəmiyyətə ciddi zərər vura bilər.