“İranda vəziyyət nəzarət altına alınıb”

iranda-veziyyet-nezaret-altina-alinib
Oxunma sayı: 2854

“İrandakı kütləvi aksiyalar xarici qüvvələr tərəfindən qızışdırılır”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu İranın XİN rəhbəri Abbas Araqçı deyib. 

“Hazırda vəziyyət tam olaraq nəzarət altına alınıb”, - iranlı nazir bildirib. 

Bununla yanaşı, o, ölkədə tez bir zamanda internetin bərpa ediləcəyini vurğulayıb.

Xatırladaq ki, İranda dekabrın 28-dən hökumət əleyhinə etiraz aksiyaları keçirilir. İğtişaşlar zamanı 500-dən çox insan həlak olub. Aksiyalar fonunda ölkədə internet kəsilib.