İranla bağlı paylaşım - Onları tənqid hədəfinə çevirdi

iranla-bagli-paylasim
Oxunma sayı: 374

Türkiyəli müğənni Hadisenin “X” hesabında İranda baş verən etiraz aksiyaları ilə bağlı paylaşımına jurnalist Fulya Öztürkün reaksiyası müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Mynet”ə istinadən xəbər verir ki, müğənni paylaşımında İranda baş verən hadisələrə səssiz qala bilməyəcəyini vurğulayıb.

“İranda insanlar sadəcə eşidilmək üçün həyatlarını təhlükəyə atırlar. Xəbər başlıqlarının arxasında rəqəmlər deyil, real həyatlar dayanır: ailələr, tələbələr, işçilər... Hamısı ləyaqət və azadlıq istəyir. İran, biz sizinləyik. Sizi görürük, eşidirik. Arxamızı çevirməyək”, - müğənni paylaşımında bildirib.

Jurnalist Fulya Öztürkün müğənninin paylaşımına yazdığı “Kaş ki, Qəzza ilə bağlı da səssiz qala bilməyəcəyinizi desəydiniz. Yaxın Şərqdə nələrə cəhd edildiyi barədə bir az araşdırma aparmağı və xəbərləri izləməyi məsləhət görürəm. Həmçinin Türkiyənin maraqları üçün səmimi danışmağınızı təklif edirəm...” rəyindən sonra müzakirələr daha da qızışıb.

Nəticədə Fulya da, Hadise də tənqid hədəfinə çevriliblər. Buna görə də jurnalist sözügedən rəyini silib və qeyd edib ki, Hadisenin tənqid olunmağını istəmir:

“Öz aramızda daha çox birlik və həmrəy olmalıyıq. Mesajım da məhz buna yönəlmişdi. Bəzi dostlar baş verənləri, İran məsələsini ABŞ-İsrail təhdidi kimi görməyə bilərlər. Hadisə xanım və ya başqasının linç edilməsini istəmirəm. Gəlin bir olaq”.