“İran ABŞ-nin təhdidləri fonunda preventiv tədbirlər planlaşdırmır”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri bir sıra ölkələrin səfirləri ilə görüşdə İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“İran müharibəyə can atmır, lakin ona tamamilə hazırdır. Preventiv tədbirlər gündəlikdə yoxdur”, - XİN rəhbəri bildirib.
Xatırladaq ki, İranda dekabrın 28-dən hökumət əleyhinə etiraz aksiyaları keçirilir. İğtişaşlar zamanı 500-dən çox insan həlak olub.
Son xəbərlər
Son Xəbərlər