Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA Optima” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.
Yanğın nəticəsində “Toyota Prius” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
Yanvarın 12-si saat 23 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini 1983-cü il təvəllüdlü Şahin Şahsuvar oğlu Səmədovun idarə etdiyi “KİA” markalı avtomobillə Ağsu sakini 1989-cu il təvəllüdlü Əmir Vüqar oğlu Alcanlının idarə etdiyi “Toyota Prius” toqquşub. Sonuncu avtomobil tam yanıb.
Hər iki sürücü xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər