Amerikalı milyarder İlon Maskın “SpaceX” və “Tesla” şirkətləri birləşdirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı milyarder “X” hesabında açıqlayıb.
Onun sözlərinə görə, artıq sözügedən şirkətlərin birləşdirilməsi imkanlarını nəzərdən keçirəcək işçi qrupu yaradılıb.
Mask bu məsələni yaxşı ideya da adlandırıb.
O bildirib ki, şirkətlərin birləşdirilməsi bir çox üstünlük qazandıracaq.
Son xəbərlər
Son Xəbərlər