Rusiya “Roshen”in fabikini vurdu - Foto

rusiya-roshenin-fabikini-vurdu
Oxunma sayı: 1413

Rusiya Silahlı Qüvvələri yanvarın 24-nə keçən gecə Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirib.

“Qafqazinfo” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, zərbələr nəticəsində ümumilikdə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

Hücuma məruz qalan obyektlər arasında “Roshen” şirkətinin Kiyevdə yerləşən şirniyyat istehsalı fabriki də var. Hücum nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Binanın yuxarı mərtəbəsində dağıntılar qeydə alınıb. 

Qeyd edək ki, “Roshen” şirkətinin təsisçisi Ukraynanın sabiq Prezidenti Petro Poroşenkodur.