Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun karyerasında yeni bir dövr başlaya bilər.
“Qafqazinfo” “Record” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun müqaviləsində 50 milyon avroluq sərbəstqalma məbləğinin olduğu iddia edilir.
Portuqaliyalı forvardın karyerasını davam etdirmək üçün əsas variantlar kimi ABŞ (MLS) və Avropa klubları göstərilir.
Qeyd edək ki, Ronaldo cari mövsümdə Səudiyyə Ərəbistanı Premyer Liqasında keçirdiyi 18 oyunda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun “Əl Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Son xəbərlər
Son Xəbərlər